Ölkə

DTX-nin tutduğu şəxs bu ölkənin səfirliyinə hücum edirmiş – ŞOK DETALLAR

DTX-nin tutduğu şəxs bu ölkənin səfirliyinə hücum edirmiş – ŞOK DETALLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında mətbuatda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

 

Saxlanılan şəxsin M.H.Hüseyinzadə olduğu bildirilir. Əməliyyatın digər detalları açıqlanmayıb.

7Times.az -ın məlumatına görə, İsrail mətbuatı hadisənin bir sıra detallarını açıqlayıb.

 

İsrailin “Ynet” portalında dərc edilən xəbərdə deyilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.

“İran əsilli şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, həbs edilən şəxs Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.