Dünya

Dünən həbsdən çıxan sabiq prezident ölkəsini tərk etdi

Dünən həbsdən çıxan sabiq prezident ölkəsini tərk etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ölkəsini tərk edib.

7Times.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Atambayevin müalicə üçün İspaniyaya getdiyi bildirilir.

Qeyd edək ki, eks-prezident fevralın 14-də həbsdən azad edilib.

Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2013-cü ildə kriminal avtoritet Əziz Batukaevin həbsdən qanunsuz olaraq azad edilməsində Atambayevin əli olub. Ötən gün Ali Məhkəmə Atambayev barəsində açılan cinayət işinə təkrar baxılması barədə qərar qəbul edib. Modern.az