Azərbaycanın “Neftçi” futbol klubu dünyaca məşhur bir transferi reallaşdırmağa hazırlaşır.
7times.az xəbər verir ki, paytaxt klubu Kiesuke Hondanı ilə danışıqlar aparır. “Neftçi”-nin hazırda azad agent olan 34 yaşlı Yaponiyalı dünya ulduzu ilə may ayına qədər müqavilə imzalaması gözlənilir.
Hətta klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məşhur futbolçu ilə danışıqlar getdiyini təsdiqləyib.
Qeyd edək ki, Honda Yaponiya millisə ilə çıxdığı 98 oyunda 37 qol vurub. Onun klub karyerasının ən parlaq dövrü isə 2014-2017-ci illər ərzində İtaliyanın “Milan” komandasında olub.
Elmir Kərimli
Follow @7timesaz