Dünya

Əfsanəvi aktyor Jan-Pol Belmondo VƏFAT ETDİ

Əfsanəvi aktyor Jan-Pol Belmondo VƏFAT ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib.

7times.az “Frans-Press”-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib.

Belmondo “Qızıl palma budağı”, “Qızıl şir” və “Sezar” kimi bir sıra nüfuzlu mükafatlar, həmçinin dövlət ordenlərilə təltif olunub.