Əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılır.
Bu barədə “Report” “Variety” nəşrinə istinadən xəbər verir.
“Artıq 90 yaşım var və artıq normal yeriyə bilmirəm. Buna görə də təqaüdə çıxıram”, – o bildirib.
Bu il Keynin baş rolda oynadığı “Böyük Qaçaq” komediyası ekranlara çıxır. Film qocalar evindən qaçan və yoldaşlarını yad etmək üçün Fransaya gedən İkinci Dünya müharibəsi veteranı haqqındadır.
Follow @7timesaz