Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə 7times.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib.
R.Məcidin sözlərunə görə, indiyədək keçirilən 9 iclasda 1000-nə yaxın müraciətə baxılıb:
“Daha bir iclas keçiriləcək. Bununla da Komissiya öz işini yekunlaşdıracaq. Sənədlər toplanaraq, cənab Prezidentə təqdim olunacaq”.
Komissiya üzvü deyib ki, Novruz bayramında ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacaq.
Follow @7timesaz