Ölkə

Əfv sərəncamı bu tarixdə imzalanacaq – Komissiya üzvündən açıqlama

Əfv sərəncamı bu tarixdə imzalanacaq – Komissiya üzvündən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfv Məsələləri Komissiyası yanvarın 12-dən öz işinə başlayıb. Komissiyanın yanvarın 12-də keçirilmiş ilk iclasında 100-dən artıq müraciətə baxılıb. Komissiyanın yanvarın 17-də ikinci iclası da keçirilib.

Bəs Əfv Komissiyası hansı kateqoriya üzrə cinayət törətmiş şəxslərə öncəlik verir?

Sərəncam nə zaman imzalanacaq?
Məsələ ilə bağlı danışan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, hansı kateqoriyadan olan cinayəti törətməsinə baxmayaraq, hər kəsin müraciəti hərtərəfli araşdırılır:
“Az ağır, böyük ictimai təhdidləri olmayan, ağır, xüsusilə ağır cinayət törətmiş bütün şəxslər Əfv Məsələləri Komissiyasına müraciət edirlər. Komissiya fərq qoymadan bütün müraciətləri hərtərəfli araşdırır. Bu zaman hər şeydən əvvəl Əfvetmə Məsələləri Komissiyası haqqında Əsasnamədə müəyyənləşdirilmiş meyarlara əsaslanılır”.

Onun sözlərinə görə, müraciətlərə baxılarkən mərhəmət, humanizm və sosial ədalət prinsipləri nəzərə alınır:

“Zərərçəkmişin mövqeyi, edilmiş cinayətin ictimai təhlükəlilik səviyyəsi, cəza müddətinin nə qədər qalması, şəxsin səhhəti ilə bağlı məsələlər, eyni zamanda onun əvvəllər cinayət törədib-törətmədiyi kimi faktorlar nəzərə alınır. Cəmiyyətin, dövlətin, zərərçəkmişin maraqları arasında balansın doğru-düzgün tapılması məsələsi də vacibdir. Bu Əfv Komissiyası üzvlərinin məsuliyyət və vəzifəsidir. Müraciətlər hərtərəfli araşdırıldıqdan sonra üzvlər tərəfindən lehinə və əleyhinə olmaqla rəy qəbul edilir. Həmin rəyi cənab Prezidentə təqdim edirik. Bundan sonra kimin əfv olunub-olunmaması cənab Prezident tərəfindən müəyyənləşdirilir”.
“Bəs əfv sərəncamı nə zaman imzalanacaq” sualına cavab verən Ə.Nuriyev deyib:

“Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirlər sırasında əfv sərəncamının imzalanması gözlənilir. Bu, cənab Prezidentin müstəsna konistitusiyon səlahiyyətidir”.

7Times.az