Siyasət

“Əgər bacarmırsınızsa, deməli bacarmırsınız” – Zelenski Qərbə sitəm etdi

“Əgər bacarmırsınızsa, deməli bacarmırsınız” – Zelenski Qərbə sitəm etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinə səfəri zamanı Qərb dövlətlərinin ünvanına bir sıra tənqidi xarakterli eyhamlar səsləndirib.

7Times.az  Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Prezidenti özünün ABŞ-də təqdim etdiyi “Qələbə planı”nın məqsədlərini açıqlayaraq, Qərbi Kiyevə sözdə deyil, əməldə lazımi səviyyədə dəstəkləməyə çağırıb: “Qələbə planı” ilk növbədə Ukraynanın güclənməsidir. Bu, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur etmək planıdır. Bu, məcburiyyətdir, çünki Ukraynanın güclü mövqeyi olmalıdır. Müharibənin başa çatması ilə bağlı hələ də bəzi detallar var.

Bu planın təfərrüatlarından danışsaq, bunlar ağır, mürəkkəb, Rusiya Federasiyasının hərbi infrastrukturunu məhv etmək üçün vacib olan silahlardır. Qələbə planı müharibənin sabah bitəcəyi barədə deyil. Amma Ukraynanın bu müharibəni bitirmək üçün necə güclü ola biləcəyi ilə bağlıdır. Ukraynanın güclü mövqeyi olmalıdır. Əgər Ukraynanı güclü etmək qərarına gəlsəniz, başlayın! Əgər bacarmırsınızsa, deməli bacarmırsınız. O zaman, Ukraynanın qalib gəlməsini istədiyinizi hər addımda deməyə ehtiyac yoxdur”.