İdman

Ehram Məcidov federasiyanın vitse-prezidenti təyin olundu

Ehram Məcidov federasiyanın vitse-prezidenti təyin olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kikboksinq Federasiyasına birinci vitse-prezident təyin olunub.

7times.az xəbər verir ki, bu post Ehram Məcidova həvalə olunub.

E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur. O, 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub.

Xatırladaq ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini beşbarmaqla döyməkdə təqsirli bilinərək 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 27-də isə Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 3 il artıraraq 6 il 6 ay etmişdi.

O, 2020-ci il oktyabrın 12-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılmışdı.

Lakin Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən Paşayev Zamir Zal oğlu tərəfindən verilmiş apellyasiya protesti verərək onun yenidən həbs edilməsini tələb edib. Prokurorluğun həbs tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə proses keçirilib. Sonuncu məhkəmə iclası martın 1-də baş tutub. İclas təxirə salınaraq növbəti məhkəmə martın 15-nə təyin edilib. Məhkəmə prokurorluğun vəsatətini təmin edərsə, Ehram Məcidov yenidən cəzaçəkmə müəssisəsinə, barmaqlıqlar arxasına qaytarılacaq.