İdman

“El-Klassiko”nun qalibi məlum oldu

“El-Klassiko”nun qalibi məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İspaniya La Liqasında mövsümün növbəti “El-Klassiko”su keçirilib.

7times.az xəbər verir ki, 30-cu turda “Real” doğma meydanda əzəli rəqibi “Barselona”nı qəbul edib. Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb – 2:1.

“Real” – “Barselona” – 2:1
Qollar:
Benzema 13 (1:0), Kross, 28 (2:0), Minqueza, 60 (2:1)

Bu nəticədən sonra xallarını 66-çatdıran “Real” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Bir oyun az keçirlən “Atletiko” eyni xalla 2-ci, “Barselona” isə 65 xalla 3-cüdür.