Maqazin

Elcan Ağalar Bayramovu parodiya etdi, sərt cavab aldı – “Bu düşüklüyün pik həddidir!” + VİDEO

Elcan Ağalar Bayramovu parodiya etdi, sərt cavab aldı – “Bu düşüklüyün pik həddidir!” + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB-də yayımlanan Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” verilişində qonaq olan aktyor Elcan Rəsulov Əməkdar artist Ağalar Bayramovu parodiya edib.

7times.az xəbər verir ki, Ağalar Bayramov aktyorun onu parodiya etməsinə sərt reaksiya verib.

“Belə parodiya olmur, bu düşüklüyün pik həddidir! Eləyə bilmirsən, etmə. Ağalar Bayramovu parodiya etmək hər oğulun işi deyil! Ağaları parodiya etmək üçün onun iç dünyasına varmaq gərəkdir! Buna isə dərin zəka, kamal gərəkdir… O da ki….”, – deyə Əməkdar artist tənqid edib.

Ağalar Bayramov verilişdə qonaq olar Dilarə Əliyevanın parodiyaya gülməsinə təəccübləndiyini deyib: “Məni təəccübləndirən Dilarənin mənasız gülməyidir. Guya xoşuna gəlib, guya ” əla” edir…. Rəhmətlik Şahmar Əkbərzadə demişkən: ” Utanım yerinizə…””.