İdman

“Elə idmançılar var ki, onları danlamaq lazımdır” – Çingiz Hüseynzadə

“Elə idmançılar var ki, onları danlamaq lazımdır” – Çingiz Hüseynzadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk medalımızı qazandığımıza görə sevinirəm. Bu münasibətlə Azərbaycandakı bütün idmansevərləri təbrik edirəm”.

7Times.az  xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Azərbaycan cüdoçularının Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışından danışıb: “Olimpiada Yaponiyada keçirilir və bura cüdonun vətənidir. Demək olar ki, bütün çəkilərdə idmançılar yerli cüdoçularla üz-üzə gəlirlər. Baxsanız, bizim idmançıların da çoxu yaponlara uduzub. İrina Kindzerskanın bürünc medal qazanması böyük uğurdur. Fikir verdinizsə, onun çəkisində də yapon idmançı çempion oldu. Başqa cüdoçularımızın çoxu da sonda çempionlara uduzublar. Bu çıxışı çox da uğursuz saymıram. Əvvəlcədən də bilirdik ki, cüdoda medal qazanmaq şansımız azdır”.

MOK rəsmisi qarşıdakı günlərdə yarışa qatılacaq güləşçilərdən söz açıb: “Növbəti günlərdə digər idmançılarımız da oyunlara qatılacaqlar. Güləşçilərimiz mübarizəyə qoşulacaq. Təəssüf ki, cəmi 7 güləşçimiz var, tam heyət deyil. Onların 7-si də medal qazanmağa namizəddir. Karateçilərimizin də hər 3-ü medala namizəddir. Gimnastlarımızın da yarışı qabağdadır. Ümid edirəm ki, karatedə də, güləşdə də medallar əldə edəcəyik. Yarışlar hələ davam edir. Atletlərimiz, atıcılarımız mübarizəyə başlayacaqlar. Demək olar ki, Olimpiadaların çoxunda biz yarışların ikinci yarısında medallar qazanmağa başlamışıq”.

Hüseynzadə pandemiya zamanı hazırlaşmağın çox çətin olduğunu bildirib: “Pandemiya zamanı hazırlaşmaq çox çətin idi. Bu səbəbdən idmançıların iradlarını haqlı sayıram.Hazırlıq üçün vaxt, yarışlar çox az olub. Olimpiadaya lisenziya qazanmaq şansları da az oldu. Ağır dövrdür”.

Vitse-prezident azarkeşlərin idmançılara dəstəyindən söz açıb: “Azarkeşlərin dəstəyi hər zaman lazımdır. İzləmək özü də bir dəstəkdir. İdmançılara gəlincə, elələri var ki, onu danlamaq lazımdır, elələri var ki, xoş söz demək lazımdır. Bunlar fərqli şeylərdir”.