İdman

Elxan Məmmədov Honda ilə görüşdü 

Elxan Məmmədov Honda ilə görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.

7times.az xəbər verir ki,  Bakı Olimpiya Stadionundakı görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Toplantıda Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayında UEFA Avropa Liqasının final oyununun təşkil olunduğu, bu il isə AVRO-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.

“Neftçi” klubunun prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.

Qeyd edək ki, Keysuke Honda martın 15-də “Neftçi” ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi “ağ-qaralar”ın formasını geyinəcək.