Manşet

Emin Əmrullayev tətilin səbəbini açıqladı – VİDEO

Əgər yoluxma tendensiyası bu cür davam edərsə tətil bitdikdən sonra ayrı-ayrı bölgələrdə vəziyyətə uyğun qərar veriləcək.

Emin Əmrullayev tətilin səbəbini açıqladı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ayda 546 yaxın şagird koronavirusa yoluxub.

Bu rəqəmin getdikcə arta bilməsi nəzərə alınaraq məktəblərin payız tətilinin yeri dəyişdirilməklə iki həftəlik tətilə çıxmasına qərar verilib. Nazir bildirib ki, müəllimlər arasında yoluxma şagirdlərə nisbətən daha çoxdur. Əgər yoluxma tendensiyası bu cür davam edərsə tətil bitdikdən sonra ayrı-ayrı bölgələrdə vəziyyətə uyğun qərar veriləcək.

Azərbaycanda 1 milyon 600 min şagird və 150 min müəllim var. İndiyədək onlardan 546 şagird, 186 müəllim və texniki işçilər koronavirusa yoluxub. Bunu Təhsil naziri Emin Əmrullayev “XəzərXəbər”ə verdiyi müsahibəsində deyib.

Nazir bildirib ki, son iki gündə yoluxma sayının 500-dən yuxarı olması bizi məktəblərlə bağlı daha ehtiyyatlı davranmağa sövq edib. Çünki şagirdlərdə, müəllim və ya texniki heyətdə yoluxma qeydə alınırsa bu zaman məktəb bağlanır. Bunun nəticəsi olaraq hələ ki, payız tətilini qabağa çəkmişik.

Təhsil naziri müsahibəsində onu da qeyd edib ki, ümumi nisbətlə götürəndə şagirdlər arasında yoluxma müəllimlərlə müqayisədə daha azdır və şagirdlərin cəmi 25 faizi məktəbdə yoluxub.

Təhsil naziri bildirib ki, biz nə məktəbliləri, nə də müəllimləri risklə üz-üzə qoya bilmərik. Ona görə də tətildən sonra vəziyyət qiymətləndirilərək ayrı-ayrı bölgələrdə müvafiq qərarlar veriləcək.

Məktəblərin həcminin böyük olması, məskunlaşma və şəhərdaxili nəqliyyatla əlaqəli olaraq bu günədək ən çox yoluxma Bakı, Sumqayıt və Abşeron bölgəsində qeydə alınıb.