Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni təyinatlar olub.
Agentlikdən verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Vəfa Yaqublu və Arslan Hacıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunub.
Bildirilib ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb. Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Follow @7timesaz