Aktual

Ərdoğan bu ölkələri ifşa edəcək

Ərdoğan bu ölkələri ifşa edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin Madriddə keçiriləcək sammitində İsveç və Finlandiyanın Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına birbaşa dəstək göstərməsi haqqında sənədləri təqdim edəcək.

Redaktor.az xəbər verir ki, İsveç və Finlandiyanın PKK-ya maliyyə və siyasi dəstəyinin sübutları göstəriləcək və bu düşmənçilik mövqeyi davam etdiyi müddətdə “müttəfiqlik” əlaqələrinin qurulmasının mümkün olmadığı bildiriləcək.

Məlumata görə, Suriya və İraqın şimalında hərbi əməliyyatlar zamanı Türkiyə hərbçiləri İsveç istehsalı olan AT-4 tank əleyhinə silahları ələ keçirib. Tank əleyhinə silahların seriya nömrələri qeydə alınıb və fotoşəkilləri çəkilib.

Qeyd edək ki, iyunun sonunda Madriddə NATO sammiti keçiriləcək və burada Alyansa üzv dövlətlərin başçıları görüşəcək.