Dünya

Ərdoğan Ramazan təbrikinin böyük bir hissəsini zəlzələdən zərər çəkən insanlara həsr etdi

Ərdoğan Ramazan təbrikinin böyük bir hissəsini zəlzələdən zərər çəkən insanlara həsr etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib.

R.T.Ərdoğan Ramazan bayramı təbrikində fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələni xatırlayıb:

“Bu mübarək günlərdə xüsusilə zəlzələdən zərərçəkən həmvətənlərimizi tək qoymadıq. Yenidən zəlzələdən zərərçəkmiş şəhərləri gəzərək, fəlakət qurbanlarının dərdini bir daha dinlədik, görülən işlərlə yerində tanış olduq, həmçinin zəlzələdən sonra inşa edilən yeni binaların təməlqoyma mərasimlərində iştirak etdik”.

Türkiyə Prezidenti bildirib ki, şəhər və qəsəbələrdə olan dağıntıların böyük bir hissəsi artıq təmizlənib, 100 mindən çox insan üçün inşa edilən yaşayış evlərinin tikintisi sürətlə davam etdirilir.

“Allahın köməyi ilə 14 may seçkisini millətimizin dəstəyi ilə qələbə ilə başa vurduqdan sonra zəlzələ bölgəsinin yenidən qurulması və canlanması istiqamətində apardığımız fasiləsiz işi davam etdirəcəyik. Başda gənclərimiz olmaqla 85 milyonluq xalqımızın seçki marafonunda yanımızda olmasını gözləyirik”, – deyə Türkiyə Prezidenti söyləyib.

Nitqinin sonunda Türkiyə lideri Ramazan bayramı münasibətilə Türkiyə xalqını təbrik edib:

“Biz əvvəli rəhmət, ortası bağışlanma, sonu isə əbədi əzabdan qurtuluş olan daha bir Ramazanı geridə qoyduq. Rəbbimə şükür edirəm ki, bizi daha bir bayrama sağlamlıqla, firavanlıqla, sevdiklərimizlə çatdırdı”.