Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
7Times.az xəbər verir ki, telefon danışığında Türkiyə ilə ABŞ arasında əlaqələr, Qəzza məsələsi, regional və qlobal proseslər müzakirə edilib. Ərdoğan ABŞ-nin Nümayəndələr Palatasındakı görüntülərin Türkiyədə və dünyada böyük məyusluq doğurduğunu qeyd edib. Ərdoğan rəsmi Ankaranın Türkiyə-ABŞ əlaqələrinin hərtərəfli inkişafı istiqamətində addımlarını davam etdirəcəyini vurğulayıb.
Türkiyə Prezidenti eyni zamanda İsrailin son addımları ilə razılaşmadığını vurğulayıb.
Bayden Ərdoğana avqustun 1-də baş tutan maneəsiz girov mübadiləsini təmin etmək səylərinə görə təşəkkür edib.
Follow @7timesaz