Ermənistan xarici işlər naziri Ara Ayvazyan istefa verməsinini səbəblərini açıqlayıb.
7times.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirliyin kollektivi ilə sağollaşan Ayvazyan Azərbaycan və Rusiya ilə gözlənilən yeni üçtərəfli razılaşma fonunda vəzifəsindən gedəcəyini bildirib.
“Mən bu posta təyin olunanda diplomatiyanın uduzmadığını demişdim və hələ də sözümün üstündə dururam. Mən XİN-nin milli və dövlət maraqlarına zidd təşəbbüslərə dəstək verməsi barədə dolaşan xəbərlərə son qoymaq üçün istefa verirəm”- deyə Ayvazyan söyləyib.
Xatırladaq ki, Ara Ayvazyan 2020-ci il noybarın 18-də xarici işlər naziri təyin olunub. Modern.az
Follow @7timesaz