Region

Ermənistanda qazın qiyməti 2 dəfə ARTDI

Ermənistanda qazın qiyməti 2 dəfə ARTDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda təbii qaz bazarında böhran yaşanır.

7times.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, son iki ayda təbii qazın qiymətləri təxminən iki dəfə artıb.

Şirkətlər bazardakı yanacaq çatışmazlığını qazın idxal edildiyi ölkələrdəki qıtlıqla izah edirlər.

Sıxılmış təbii qaz Ermənistana Rusiya və İrandan idxal olunur. İyul ayının sonlarında mediada Ermənistan hökumətinin yanacaq tədarükü üçün Qətərlə danışıqlar apardığı bildirilridi, lakin hələ heç bir xəbər yoxdur.

“Rusiyada da təbii qaz çatışmazlığı var. Bu, daxili ehtiyaclar üçün yetərli deyil və nəticədə bahalaşıb. Bəzən İrandan alırıq, amma oxşar vəziyyət qonşu ölkədə də müşahidə olunur”, – deyə Ermənistanın qaz tədarükçülərindən biri qeyd edib. Modern.az