Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavini kvotasından imtina edib.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan yerli mətbuata bildirib.
Amma Unanyan kvotadan imtinanın səbəbini şərh etməkdən yayınıb.
Ermənistan dəfələrlə üzv olduğu bu hərbi blokdan narazılığını bildirib. İrəvan KTMT-dən 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana ərazisinə hücum etməsini pisləməyi tələb edib.
KTMT bu tələbi yerinə yetirməyib. İlin əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı KTMT-nin bu il Ermənistanda hərbi təlimlərinin keçirilməyəcəyini bəyan edib.
O, hələ də KTMT-nin mövqeyini anlamadıqlarını, qurumdan məsuliyyət sahəsi ilə bağlı izahat gözlədiklərini bildirib.
Follow @7timesaz