Ölkə

Ermənistandan məktub göndəriblər ki, Zəngilana getməyin… – Spiker

Ermənistandan məktub göndəriblər ki, Zəngilana getməyin… – Spikerbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan nümayəndə heyəti ATƏT PA-nın üzvlərinə Zəngilana səfər etməməyi məsləhət görüb.

 

7Times.az  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.

 

“Ermənistan tərəfi məktub göndərib ki, nümayəndə heyəti Zəngilana səfər etməsin. Siz öz gözlərinizlə görəcəksiniz ki, Ermənistan 30 il ərzində Zəngilanı necə dağıdıb. Daha sonra Azərbaycanın bərpa işlərini necə həyata keçirdiyini görəcəksiniz”, – deyə spiker vurğulayıb.