Analitika

Ermənistanın terror siyasəti davam edir – ŞƏRH + STATİSTİKA  

Ermənistanın terror siyasəti davam edir – ŞƏRH + STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan işğaldan azad etdiyi ərazilərin bir qisminin (Ağdam, Zəngilan,Füzuli) mina xəritələrini Ermənistandan alsa da, təhlükələr hələ də qalmaqdadır.

7times oxu.az-a istinadən bildirir ki, təhlükələrin olmasına səbəblərdən biri də Ermənistanın digər ərazilərin mina xəritələrini verməkdən boyun qaçırmasıdır.

İrəvanın Bakıya təqdim etdiyi xəritələrin isə dəqiqliyi cəmi 25 faizdir ki, bu da Ağdam, Zəngilan və Füzulidə minatəmizləmə işlərinə problemlər yaradır.

Ermənistanın hazırda Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yenilik deyil. Bütün dünyaya məlumdur ki, Ermənistan ilk dəfə ərazi iddiaları irəli sürdüyü dövrdə də Azərbaycana və Türkiyəyə qarşı yüzlərlə terror aktı törədib.

Minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin təzahürüdür. Bu, mina terrorunun erməni terrorizminin yeni forması olduğunu bir daha sübut edir.

Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar.

Ermənistan dövləti Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır.

Minalar azərbaycanlıların doğma yurd-yuvalarına qayıltmalarına mane olur. Minaların qurbanları daha çox dinc sakinlər olur.

Bu, bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir.

2020-ci ilin noyabrın 10-dan 2021-ci ilin noyabrın 22-dək işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb.

Bu müddətdə, ümumilikdə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.