Dünya

“Ətrafımda COVID-ə yoluxan onlarla şəxs var” – Putin

“Ətrafımda COVID-ə yoluxan onlarla şəxs var” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiya Prezidenti Vladimir Putinin ətrafında onlarla insan koronavirusa yoluxub.

7Times.az  xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderlərinin görüşünə videoformatda qoşulan Putin deyib.

“Bilirsiniz ki, təəssüflər olsun ki, Düşənbəyə səfərimi son anda ləğv etməli oldum. Çox təəssüf edirəm. Lakin bu, yaxın ətrafımda koronavirusa yoluxmuş şəxslərin olması ilə əlaqədardır. Bunlar bir, iki yox, onlarla insandır. Və indi bir neçə gün özünütəcrid rejiminə əməl etmək lazımdır”, – deyə Putin qeyd edib.

Qeyd edək ki, KTMT-yə üzv ölkələrin liderlərinin görüşü bu gün Tacikistanın paytaxtı Düşənbədə başlayıb.