Maqazin

Səyyad Əlizadə ECMO cihazına qoşuldu

Səyyad Əlizadə ECMO cihazına qoşuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə “Qafqazinfo”ya sənətçinin bacısı Səidə Əliyeva bildirib.

Onun sözlərinə görə, S.Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb.

Xatırladaq ki, ötən gün bacısı köməklik göstərilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Daha sonra S. Əlizadə Zığda yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.