İdman

Federasiya De Byazi ilə danışıq aparmaqdan imtina etdi

Federasiya De Byazi ilə danışıq aparmaqdan imtina etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Futbol Federasiyası (UFF) milli komandanın baş məşqçisi vəzifəsinə yığmamızın çalışdırıcısı Canni De Byaziyə həvalə etmək variantından imtina edib.

7Times.az xəbər verir ki, bu barədə “UA-Futbol” portalı məlumat yayıb. Bildirilib ki, De Byazi və Yurgen Klinsmannın nümayəndələri Ukrayna millisində boş qalmış vəzifəyə öz təmsilçilərini təklif ediblər. Ancaq UFF hətta onlarla danışıq prosesinə daxil olmadan dərhal rədd cavabı verilib.

Qeyd edilir ki,  Ukrayna yığmasına yerli məşqçi təyin olunacaq.

Xatırladaq ki, Andrey Şevçenko millinin baş məşqçisi vəzifəsindən istefa verib.