Ölkə

Fərhad Mollazadə dəymiş ziyanı ödəyib – MƏHKƏMƏ

Fərhad Mollazadə dəymiş ziyanı ödəyib – MƏHKƏMƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

7times.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər.

Prosesdə ilk olaraq təqsirləndirilən Fərhad Mollazadənin hüquqlarını müdafiə edən Kamandar Nəsibov müdafiə çıxışı edib. Vəkil çıxışında bildirib ki, cinayət işi üzrə 2 milyon 500 manat məbləğində dəymiş ziyan müvəkkili tərəfindən ödənilib, həmçinin Fərhad Mollazadə qanunsuz əldə etdiyi pulları özünə sərf etməyib:

“Fərhad Mollazadə ifadələrində də dedi ki, mənimsəmə kimi yazılan məbləğ təsərrüfat işlərinə və digər xərclərə sərf olunub. Yəni həmin pullar aidiyyatı üzrə xərclənib. Müvəkkilimin elə bir imkanı da yoxdur. Bunun nə fərdi maşını var nə də şəxsi evi var. Atasından qalan bir mülk vardı onu da satıb ziyanı ödədi.”

Kamandar Nəsibov hökm çıxarararkən müvəkkilinin məhkəmə prosesi müddətində zamanı rahat ifadə verməsini, istintaqın gedişinə mane olmadığını və dəymiş ziyanı ödədiyini nəzərə almağı məhkəmədən xahiş edib.Daha sonra təqsirləndirilən şəxs Səlim Əlizadənin vəkili Rəşad Mirmehdizadə çıxış edib.

Vəkil çıxışında müvəkkilinə verilən ittihamın onun işlədiyi idarəyə aid olmadığını deyib: “Səlim Əlizadə icraçı olub, ona konkret göstəriş veriblər ki, bu işi gör, o da görüb. Əldə olunan pullara da nazirlik üçün xeyli işlər görülüb. İndi hamının götürdüyü işlər bu iki nəfərin üstündə qalıb.”

Vəkil məhkəmədən müvəkkili barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.

Prosesin davamında təqsirləndirilən Fərhad Mollazadə son söz deyib.

F.Mollazadə son sözündə əməlindən peşman olduğunu deyib:

” Kamandar Nəsibovun dedikləri ilə tamamilə razıyam. Etdiyim əməldən də çox pesmanam. İnanın ki, mən özüm-özümə cəza vermişəm. Xahiş edirəm qərar qəbul edərkən vəziyətimi nəzərə alasız.”

Təqsirləndirlilən Səlim Əlizadə son söz üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.