Ölkə

FHN: “Avtomobillə Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir”

FHN: “Avtomobillə Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

 

7Times.az xəbər verir ki, hazırda batdığı ehtimal şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.