Ölkə

FHN: Sumqayıtda yanğın məhdudlaşdırılıb – SON GÖRÜNTÜLƏR – VİDEO

FHN: Sumqayıtda yanğın məhdudlaşdırılıb – SON GÖRÜNTÜLƏR – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə 7Times.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.

Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.