Cəmiyyət

Filarmoniyadakı 18+ görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Filarmoniyadakı 18+ görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.

Nazirlikdən 7Times.az-a verilən məlumata əsasən, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş videokadrlar mətbuatda geniş əks səda doğurub.

“Restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib. Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək ölçü götürülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”, – məlumatda vurğulanır.

16:00

Bir müddətdir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilməsi ilə bağlı görüntülərin ardı-arası kəsilmir.

Belə ki, yayılan görüntülərdə yarıçılpaq qızların “twerk” oynaması Filarmoniyanın ərazisində yerləşən restoranın fəaliyyətinin dayandırmamasından xəbər verir.

Azərbaycanın mədəniyyət ocaqlarından birinin belə bir vəziyyətdə olması isə ictimaiyyət tərəfindən böyük təəssüf hissi və hiddətlə qarşılanır.

MUM TV “YouTube” kanalında yayımlanan həmin görüntüləri təqdim edirik: