Maqazin

Filipp Kirkorov erməni blogerə “ərə getdi”, telekanal cərimələndi – VİDEO

Filipp Kirkorov erməni blogerə “ərə getdi”, telekanal cərimələndi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Basman Rayon Məhkəməsi Rusiyanın “Muz-TV” telekanalını yetkinlik yaşına çatmayanlar arasında “qeyri-ənənəvi cinsi münasibətlərin təbliği” maddəsi ilə bir milyon rubl məbləğində cərimələyib.

7times.az “BBC News”a istinadən xəbər verir ki, buna səbəb “Muz-TV”də mükafatlandırılma mərasimi zamanı Rusiyanın Xalq artisti Filipp Kirkorov və əslən erməni olan rusiyalı bloger Davanın (David Manukyan) cütlük kimi, tiktokçu Danya Miloxinin isə qadın geyimində efirə çıxması olub.

Məhkəmə, həmçinin “Muz-TV” telekanalının baş redaktoru Andrey Razıqrayevi 100 min rubl məbləğində cərimələyib.

Qeyd edək ki, Rusiyada yetkinlik yaşına çatmayanlar arasında “qeyri-ənənəvi seksual münasibətlər”in təbliğinə qadağa qoyulması haqqında qanun 2013-cü ildə qəbul edilib.