Aktual

“Finlandiyanın NATO-ya daxil olması Rusiyaya müharibə elanıdır” – Rusiyalı senator

“Finlandiyanın NATO-ya daxil olması Rusiyaya müharibə elanıdır” – Rusiyalı senatorbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finlandiyanın NATO-ya daxil olması Rusiyaya qeyri-rəsmi müharibə elanıdır”.

Bunu Rusiya Federasiya Şurasının senatoru Andrey Klimov deyib.

“NATO Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Ona görə də bu şərtlər altında hər hansı dövlətin NATO-ya daxil olması əslində Rusiyaya qeyri-rəsmi müharibə elanı deməkdir”, – Klimov bildirib.

Onun sözlərinə görə, ABŞ səkkiz ildir ki, Finlandiyada Rusiyaya qarşı ictimai rəyi israrla dəyişdirməklə məşğuldur: “Nəticədə, 2021-ci ildə rəy sorğuları göstərməyə başladı ki, kifayət qədər finlandiyalılar bu addımın zəruriliyinə əmindirlər”. /Azpost.info/