Bu ilin yanvar-may ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana 490,56 milyon dollar dəyərində mal idxal edilib.
7Times.az xəbər verir ki, ötən illin eyni dövrü ilə müqayisədə idxal miqdarında dəyişiklik olmayıb. Bununla belə fiziki şəxslərin idxal etdiyi malların ümumi idxalda payı 9,55 faizə düşüb. Ötən il ümumi idxalın 11,2 faizi fiziki şəxslərin idxalından ibarət idi.
Bu il payın azalmasına səbəb ümumi idxalın digər mənbələr hesabına artmasıdır.Qeyd edək ki, fiziki şəxslərin idxal etdiyi malların dəyəri ixrac etdikləri malların dəyərindən dəfələrlə çoxdur. Bu il fiziki şəxslərin ixracı 43 milyon dollar olub. Müqayisə göstərir ki, fiziki şəxslərin ixracı idxaldan 11,4 dəfə böyükdür.
Follow @7timesaz