Mədəniyyət

Flora Kərimova nəvəsini itirdi – VİDEO

Flora Kərimova nəvəsini itirdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O qədər xoşbəxt idim ki, dilə gətirdim, nəvəmi itirdim”.

7times.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova ARB televiziyasında deyib.

O, ikinci dəfə ailə quran qızı Zümrüd Şəfiyevanın övladını itirdiyini bildirib:

“Başa düşdüm ki, insanlara ürəyini açıb sevinməyin, ağır gəlir. Mən danışmamalı idim, balam əziyyət çəkir. Ailəsi çox gözəldir, qaynanası sevgi ilə dəstək olur. Balam balasını itirdi. Qızım mənimlə danışanda optimist olur, amma qaynanası deyir ki, sonra xısın-xısın ağlayır”.

Qeyd edək ki, Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva Londonda yaşayır. O, ikinci dəfə ailə qurub.