İdman

Fransa millisinin futbolçularına nə olub? – Açıqlandı

Fransa millisinin futbolçularına nə olub? – Açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatına hazırlaşan Fransa millisi problemlə üzləşib.

Fanat.Az xəbər verir ki, məlumatı “RMC Sport” yayıb.

Xəbərə görə, Didye Deşamın rəhbərlik etdiyi komandanın bir neçə futbolçusu xəstələnib. Oyunçuların adları açıqlanmasa da, onların qıcolma və kəskin baş ağrısından əziyyət çəkdikləri bildirilib.

Qeyd edək ki, qitə birinciliyində D qrupunda yer alan “xoruzlar” Niderland, Polşa və Avstriya seçmələri ilə mübarizə aparacaqlar. AÇ-2022 14 iyun – 14 iyul aralığında baş tutacaq. Turnirə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək.