Dünya

Fransada referini döyən futbolçu və anasına sərt cəza verilib

Fransada referini döyən futbolçu və anasına sərt cəza verilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada həvəskar futbolçular arasında U-17 liqasının oyununda baş hakimə hücum çəkən ana və oğluna hökm oxunub.

“Report”un məlumatına görə, məhkəmə 18 yaşlı referiyə ağır xəsarətlər yetirən futbolçuun 1 il müddətinə idmanla məşğul olmasına qadağa qoyulub. Valideynə isə 3 aylıq şərti həbs cəzası verilib.

Hadisə oyunçunun qırmızı vərəqə ilə cəzalandırılmasından sonra baş verib. Meydançaya daxil olan ana baş hakimə şillə vurub. Oğlu isə referini yerə yıxaraq, onu təpiklə vurmağa başlayıb. Digər şəxsəlin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Məhkəmənin qərarı ilə gənc referiyə 500 avro təzminat ödəniləcək.