Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.
7times.az-ın məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib.
Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.
Lakin M.Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkaranə hərəkətlərə əl atıb. O, narazılığını bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.
Follow @7timesaz