Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb.
7Times.az xəbər verir ki, onun çıxışını BFMTV yayımlayacaq.
“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.
Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.
Follow @7timesaz