Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları yarışın loqosunda Azərbaycan bayrağının olmamasına görə üzr istəyib.
Bu barədə 7times.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.
O bildirib ki, Fransızlar loqonun əvvəlki yarışlara aid olduğunu deyib: “Fransızlar bizdən üzr istədilər. Onlar bildirdilər ki, bu loqo əvvəlcədən hazırlanıb və orada bəzi ölkələrin bayrağı yoxdur. Diqqətsizlik səbəbindən üzrxahlıq etdilər. Bir daha belə problem olmayacaq”.
Follow @7timesaz