“Lill”in mərkəz müdafiəçisi Leni Yoronun “Real Madrid”ə yox, “Mançester Yunayted”ə keçməsinin pərdəarxası məqamları məlum olub.
7Times.az xəbər verir ki, bu barədə “Marca” nəşri iddia ilə çıxış edib.
Mənbənin məlumatına görə,
son ana qədər “Real Madrid” rəhbərliyini müqavilə imzalanacağına inandıran, şifahi razılıq verən Leninin fikrini dəyişməsinə Fransa klubunun təhdidləri təsir edib. “Lill” müdafiəçisini mankunianlılara keçməyə razı olmayacağı halda, növbəti mövsüm bir dəqiqə belə oynamayacağı ilə hədələyib. Məsələ burasındadır ki, ingilis klubu fransızlara daha sərfəli transfer məbləği təklif edib. Üstəlik, Yoronun “Lill”lə müqaviləsi gələn ilin yayına qədərdir və onun azad agent kimi ayrılması riski var idi.
Yoro ötən mövsüm Fransa təmsilçisinin heyətində bütün turnirlərdə 44 oyun keçirib. Müdafiəçi bu matçlarda 3 qol vurub. “Lill” onun İngiltərə nəhənginə keçidindən 62 milyon avro (52 milyon avro + bonus olaraq 10 milyon avro) qazanacaq.
Fanat.Az
Follow @7timesaz