Aktual

“Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır…”

“Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Namazın tibbi faydaları…
Namaz və beyin…
“Qiyam, sonra rüku və ardınca səcdə beyinə qanı həm sürətlə, həm də getdikcə artan tempdə ötürür. Qanın bu üsulla tədrici şəkildə beynə göndərilməsi, eynilə avtomobilin sürətinin yavaş-yavaş artırılmasına bənzəyir…”
Beyin insan vücudunun ən yuxarı hissəsində yerləşir. Bu səbəbdən bəzən yerin cazibə qüvvəsinin də təsiri ilə beyin ümumən və ya kifayət qədər qanla təmin edilmir. Üstəlik, beyinə gedən qan damarlarının deformasiyaya uğraması və ya qanda şəkərin miqdarının azalması ilə nəticələnən bir sıra xəstəliklər varsa, təhlükə daha da artır.
Bu cür halların qarşısını almaq üçün ilk növbədə beyini qanla təmin edən damarları sağlam saxlamaq lazımdır. Dəstəmaz və namaz isə bu mənada ən yaxşı tədbirdir. Qiyam, sonra rüku və ardınca səcdə beyinə qanı həm sürətlə, həm də getdikcə artan tempdə ötürür. Qanın bu üsulla tədrici şəkildə beynə göndərilməsi, eynilə avtomobilin sürətinin yavaş-yavaş artırılmasına bənzəyir.
Rəbbimiz incə damarlara və həssas quruluşa malik insan beyninin qanla təminatını mükəmməl tənzimləmişdir. Beləcə, gündə beş vaxt namazda qırx dəfə rükuya, səksən dəfə səcdəyə gedirik ki, bunun da sayəsində həm beyin kifayət qədər qanla qidalanmış, həm də damarlar və sinirlərin sağlamlığı qorunmuş olur.
Dəstəmaz və namazın ömür boyu edilən ibadət olduğunu da unutmamalıyıq. Bir ildə edilən rüku və səcdələrin sayı 43800-dür. 63 il ərzində isə bu rəqəm 2.628.000-a çatır. Bu mənada namazın istər beyinə, istərsə də digər orqanlara nə qədər faydalı olduğunu bir təsəvvür edin…
Revmatizmin dərmanı namaz…
Oynaqlar bədənimizin hərəkətini təmin edir. Oynaqların sağlam olması onların mütəmadi olaraq hərəkət etməsindən asılıdır. Diqqət etsək, görərik ki, namaz qılarkən demək olar ki, bütün oynaqlar hərəkət edir.
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oynaq sağlamlığı və onların özünəməxsus şükrü ilə əlaqədar buyurur: “Siz hər bir oynağınıza görə bir sədəqə borclusunuz. Hər təsbih (“Subhənallah”) sədəqə, hər təhlil (“Lə iləhə illəllah”) sədəqə, hər təkbir sədəqədir (Elə isə, bu zikrləri tərk etməyin). Quşluq vaxtı qılınan iki rükət namaz da bunları əvəz edir”[2].
Hədisdə oynaqlar üçün edilən şükürlər arasında iki rükət quşluq namazı da tövsiyə olunur. Bunun üzərində dayanmağa dəyər. Məlumdur ki, quşluq (duha) namazı sabah vaxtı ilə günorta arasında qılınır. Bu zaman dilimi əksər insanların yuxudan oyandığı vaxtdır…
Yuxu zamanı oynaqlar uzun müddət hərəkətsiz qalır. Bu da orqanların fəaliyyətinə və oynaqlara mənfi təsir göstərir. Məhz bu vaxt dəstəmaz alıb qılınan iki rükət namaz oynaqların hərəkətini yenidən bərpa edir.
Göründüyü kimi, Allah-Təala namaztək məsuliyyətli bir ibadəti çiyinlərimizə qoymuşdur. Eyni zamanda namazın hərəkətlərini saysız-hesabsız fiziki və mənəvi xəstəliklərə şəfa etmişdir.
“Günaydın” (Türkiyə) qəzetinin 5 avqust 1983-cü il tarixli sayında belə bir məqalə dərc olunmuşdur: “Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır”.
“Fransız həkimlər revmatizm, bel və onurğa sümüyü ağrılarından əziyyət çəkən xəstələrə müsəlmanlar kimi beş vaxt namaz qılmağı tövsiyə edirlər. Həkimlərin fikrincə, namazdakı hərəkətlər ən yaxşı gimnastik hərəkətlərdir və gündə beş dəfə namaz qılmaq revmatizm ağrılarını xeyli azaldır. Həmçinin onlar namazda əyilib-qalxmağın diz qapaqlarındakı ağrıları götürdüyünü, səcdənin isə bilavasitə kürək əzələlərini gücləndirdiyini qeyd edirlər”[3].
Meneviyyat.az