Türkiyədə yayımlanan məşhur verilişdə qonaq olan gənc qızın dedikləri hər kəsi təəccübləndirib.
7times.az xəbər verir ki, FOX TV-də yayımlanan “Fulya ilə Ümidim olsun” proqramının qonağı olan 18 yaşlı Mələk Şahinoğlunun sözləri hər kəsi şoka salıb. Evli və 4 uşaqlı pakistanlı ilə qaçan gənc qız “3 gün arvadı ilə 4 gün mənimlə olacaq” deyib.
18 yaşındakı Mələk Şahinoğlu, İstanbulda bir mübadilə məntəqəsinin sahibi olan Mustafa adlı Pakistan vətəndaşı ilə işləməyə başlayıb. Mübadilə məntəqəsinin sahibi ilə münasibət qurmağa başlayan Mələk sentyabrın 17-də evdən çıxıb və geri qayıtmayıb. Valideynləri onun qaçırıldığını düşünərək kömək üçün bu proqrama müraciət ediblər. Ailə qısa müddət öncə 18 yaşlı qızları Mələk Şahinoğlunun yoxa çıxdığını deyərək canlı yayımda kömək istəyib. Mələk tapılaraq canlı yayıma çıxıb və ailəsi ilə üzləşib.
Məlum olub ki, Mələk dörd uşaq atası olan Mustafanın yanına qaçıb. Gənc qız özünü müdafiə etmək üçün həyatından razı qaldığını söyləyib:
“Yaxşıyam, zorla kimsənin yanında deyiləm. Sadəcə, ailəmin razılığını almaq üçün gəlmişəm. İstəməsələr də, heç bir problem yoxdur. Mən Mustafadan vaz keçməyəcəm. Ailəm istəməsə, əlimdən heç nə gəlmir. Mustafanı belə qəbul edirəm. Həyat yoldaşı da onu belə qəbul edir. Pakistan belə bir ölkədir. Orada 4 qadınla evlənmək normal haldır. Mustafanın məni nə qədər çox sevdiyini və dəyər verdiyini bilirəm. Mənim üstümə kimisə gətirməz. Arvadı ilə özüm danışdım və razılığını aldım”.
Mələk Şahinoğlunun söylədiklərindən sonra proqramın aparıcısı Fulya Öztürk əsəbləşib:
“Bu, dünyanın heç bir yerində normal bir şey deyil. Bunu normallaşdıra bilməzsiniz. 3 ayda nə sevgi ola bilər? Fikrinizi düzəldin. Etdiyin və dediyin hər şeyi qınayıram. Sənin yerində olmaq istəmirəm. Sevgi bitir, qalan ailədir”.
Şahinoğlu fikrini bu sözlərlə bitirib:
“O, 3 gün həyat yoldaşının yanına gedəcək, 4 gün də mənim yanımda olacaq”.(lent.az)
Follow @7timesaz