İspaniyanın “Atletik Bilbao” futbol komandası qeyri-adi təqvimlə üzləşib.
7times.az xəbər verir ki, “Atletik Bilbao” aprel ayında İspaniya Kral Kubokunun finalına iki dəfə çıxacaq. 3 Apreldə koronavirus pandemiyasına görə keçən ildən təxirə salınan final oyunu üçün “Real Sosyedad” ilə oynayacaq komanda, 17 apreldə isə bu sezonun finalında “Barselona” ilə qarşılaşacaq.
Maraqlısı odur ki, eyni komanda bir ay ərzində iki dəfə İspaniya Kral Kubokun final oyununa çıxacaq. Bu isə futbolda nadir görülən bir hadisə kimi tarixə keçdi.
Elmir Kərimli
Follow @7timesaz