2026-cı ildə orta pensiya məbləğinin artacağı gözlənilir.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artıqdır.
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin ümumi proqnozu 7 milyard 992.88 milyon manat səviyyəsində müəyyən edilib.
Bu rəqəm 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisindən 10.85% və ya 782.35 milyon manat çoxdur.


