İranda gəlin toyda güllələnib.
7Times.az AZXEBER.COM-a istinadən xəbər verir ki, İranda gəlin toy zamanı təsadüfən güllələnib. Faciə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib. Güllə gəlinin başından dəyib və daha iki nəfəri yaralayıb.
Hadisə yerinə gələn polisin sözlərinə görə, atəş açan şəxs silahla necə davranacağını bilməyib, üstəlik, onun silahdan istifadə etmək üçün icazəsi olmayıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, lakin polis onu yaxalaya bilib.