Gəncədə sənaye zonası yaradılacaq.
“APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, hazırki dövrdə Azərbaycan üçün fiskal gəlir əsas hədəf deyil.
“Bizim əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi, ölkənin sənaye potensialını artırmaqdır. Əsas meyar istehsal edilən məhsulun ixracıdır. Bunun üçün Ələt iqtisadi zonası var. Ölkədə sənaye zonaları yaradılıb. Eyni zamanda, sənaye zonalarında vergi və digər güzəştlər nəzərdə tutulub. Gəncə zonasında yeni sənaye zonası yaradılması planlaşdırılır” – nazir əlavə edib.
Follow @7timesaz