Dünya

Geri çəkiləcək yerimiz yoxdur – Antonov

Geri çəkiləcək yerimiz yoxdur – Antonovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiya sərhədləri yaxınlığında Amerikanın hərbi potensialının mövcudluğunun yolverilməz olduğunu bəyan edib. 

7Times.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial media hesabında məlumat verilib.

“Geri çəkiləcək yerimiz yoxdur. NATO Rusiya sərhədlərinə yaxınlaşıb. Yalnız quruda deyil, həm də dənizdə və havada hökmranlıq etməyə çalışır. Biz Rusiya Federasiyasının müstəqilliyinə və suverenliyinə xələl gətirəcək hadisələrin inkişafına imkan verməyəcəyik” – diplomat xəbərdarlıq edib.

O qeyd edib ki, Moskva və Vaşinqton “beynəlxalq sülh və təhlükəsizlik üçün xüsusi məsuliyyət daşıyır” və Amerika tərəfini “xarici siyasət ekspansiyasının aqressiv ritorikasından” əl çəkməyə çağırıb.

Antonov bir müddət əvvəl Qazaxıstanı bürümüş etirazları da şərh edib. Onun sözlərinə görə, Qazaxıstan “mizantropik” ideologiyanı qəbul edən radikalların hücumuna məruz qalıb, minlərlə cihadçı və talançı konstitusiya quruluşunu sarsıtmağa çalışıb.