Maqazin

“Get dana saxla, əkin et pul qazan, məndən istəmə

“Get dana saxla, əkin et pul qazan, məndən istəmə”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qocalıram, atam da yaşadı, qocaldı, dünyasını dəyişdi. Çalışıb qorxmayasan. Həyatda elə bir arzum yoxdur ki, ona çatmayım. Amma həyat şirindir”.

7times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Xəbər-ətər” proqramında deyib. Müğənni artıq mahnı janrını dəyişdiyini deyib. O bildirib ki, yaşlandığı üçün şən mahnılar oxumur:

“İstəyirəm gedim o dünyadan baxım görüm, mənsiz həyat necədir? Ailəm necə yaşayır? Yaşıma uyğun mahnılar seçməyə başlamışam. Yatmıram, gündə 2-3 saat yuxu yatıram. Qardaşım oğlu da oxuyur, yerimə onu hazırlayıram. İmkan, şərait hər şeyim var. Göydə Allah, yerdə dövlət hər şey verib mənə. Hamımız “pilingi” oxuyaq? Adam özünə qapılmalı, həyatı dərk etməlidir.

İndi hər şərait var, şükür edək. Adam var deyir ki, kasıbam, yardım et. Deyirəm, gəl filan işim var gör, ikiqat pul verim. Qayıdır ki, sənin üçün fəhlə işləyim? Bu yaşımda toya gedirəm, biri gəlib “azzar, zəhrimar” deyir. İşimin xətrinə yola verirəm. Könlü balıq istəyən, çayın kənarına getməlidir.

Bir çəkilişə getmişdim, beş-on nəfər dayanmışdı, qayıtdı ki, bizə pul payla. Dedim, sənə 10 manat verdim, haran düzələcək? Get dana saxla, əkin-biçin et, pul qazan. Çörəyi məndən yox, Allahdan istə”.