Göyçay şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“7Times.az” xəbər verir ki,hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü anidən idarəetməni itirirərək divara çırpılıb.
Qəza nəticəsində Göyçay sakinləri – 1999-cu il təvəllüdlü Abullayev Yaşar Elvin oğlu, 2000-ci il təvəllüdlü Quliyev Əli Qulu oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Fuad Əlişah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Hüsniyyə
7Times.az
Follow @7timesaz