Dünya

Güllələnən baş nazirin SON DURUMU

Güllələnən baş nazirin SON DURUMUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən güllələnən Slovakiya baş naziri Robert Fitsonun vəziyyəti stabil, lakin ağırdır.

 

7Times.az  xəbər verir ki, bu barədə “Aktuality” nəşri məlumat yayıb.

 

“Banska Bistrica” xəstəxanasının direktorunun sözlərinə görə, əməliyyat 5 saata yaxın davam edib və baş nazirin vəziyyəti stabilləşib, lakin buna baxmayaraq, vəziyyəti ağır olaraq qalır.

 

Müdafiə naziri Robert Kaliniak mətbuat konfransı zamanı bildirib ki, həkimlər Fitsonun vəziyyətini yaxşılaşdırmaq üçün çalışırlar və gün ərzində daha ətraflı məlumat verəcəklər.

 

Saat 11:00-da baş nazirə sui-qəsdlə bağlı Bratislavada Təhlükəsizlik Şurasının təcili iclası və hökumətin iclası keçiriləcək.